15.06.2012Yeni nəsil printerləri istehsala buraxılmışdır



Xerox şirkəti ən yeni və bu sinifdə rəqiblərindən çox üstün olan “Xerox Phaser 7800 series”–nı istehsala buraxmışdır. Bu yeni nəsil Xerox printerləri inanılmaz yeniliklərdən xəbər verir. Bu seriya SRA3, A3 və daha kiçik formatlarda çap etmək üçün istehsal olunmuşdur. Phaser 7800 printerləri dəqiqə ərzində həm rəngli, həmdə ağ-qara olmaqla A4 formatında 45 səhifə çap etmək imkanına malikdir. Bu printerlərin ən üstün və seçilən cəhəti isə qalınlığı 75 g/m2 –dən 350 g/m2 –a qədər olan kağızlara çap edə bilmək qabiliyyətidir. Bu printerlər bütün müasir texnologiyaları özündə birləşdirir və qrafik işlərdə ideal bir vasitədir.

arrow