Şirkət



«XEROPC» şirkəti 1994-cü ildən Azərbaycanda ABŞ-ın məhşur XEROX şirkətinin səlahiyyətli distirbyutoru, 2005-ci ildən isə XEROX şirkətinin rəsmi “Premyer-Partnyoru” olaraq fəaliyyət gostərir. Əsas fəaliyyətimiz XEROX şirkətinin bütün növ avadanlıqlarının satışı və servisi ilə bağlıdır.
Şirkətimiz Azərbaycanda XEROX şirkətinin müxtəlif formatlı, ağ-qara və rəngli çap avadanlıqlarının, sürətçıxaran aparatların, mühəndis maşınlarının, skaner və faks aparatlarının satışı və servis xidmətləri ilə məşğuldur. Satdığımız hər bir avadanlığa Avropada ixtisaslaşmış mühəndislər tərəfindən yüksək səviyyəli təminat və təminat müddətindən sonra texniki xidmət göstərilir. Bununla bərabər satdığımız hər bir avadanlığı keyfiyyətli çoxişlənən mallar və ehtiyat hissələri ilə fasiləsiz təmin edirik. Şirkət fəaliyyətə başladığı gündən əsas deviz kimi “yüksək keyfiyyət”, “etibarlı xidmət” və “müştəri məmnuniyyəti”-ni götürmüş və bu günə qədər bu prinsiplərlə işləməkdə davam edir.
Sürətli inkişaf edən ölkəmizdə «XEROPC» şirkəti ofis və poliqrafiya sahəsində müasir XEROX avadanlıqlarının satışı və keyfiyyətli servis xidmətlərinə görə məxsusi yer tutmaqdadır.



Pərakəndə satış
Şirkət müştərilərinə Xerox avadanlıqlarının geniş çeşidini təqdim edir. XEROPC şirkəti dünyanın tanınmış markası olan Xerox-un ən kiçik ofis printerlərindən başlayaraq iri həcmli poliqrafiya avadanlıqlarına qədər bütün modellərinin satışını həyata keçirir. Şirkətimiz Bakıda fəaliyyət göstərən geniş və müasir satış mərkəzindən, avtorizasiya olunmuş servis mərkəzindən və baş ofisdən ibarətdir. Təcrübəli mütəxəssislərimiz müştərilərin düzgün seçimi və onların razı qalmaları üçün gərəkən hər cür yardımda bulunurlar.
XEROPC şirkəti satışdan sonrakı xidmətə böyük incəliklə yanaşır. Şirkət yüksək ixtisaslı mühəndislərinə arxalanaraq müştərinin istənilən probleminin qısa müddətdə və etibarlı şəkildə həllinə zəmanət verir. Servis mərkəzi təminat dövründə və təminat dövrü sonrakı müddətdə etibarlı xidmət göstərməyi əsas məqsəd kimi qarşısına qoyub.
Şirkətimiz müştərilərin təlabatlarını vaxtında və qüsursuz yerinə yetirmək məqsədi ilə bütün satılan avadanlıqların ehtiyyat hissələrin və katriclərinin təminatını fasiləsiz həyata keçirir.

arrow