Şirkət

«XEROPC» MMC 1993-cü ildən XEROX Ltd şirkətinin rəsmi “Premyer-Partnyoru” olan “AYHAN-M” şirkətinin rebrendinq şirkətidir.

«XEROPC» MMC 2016-ci ildən XEROX şirkətinin rəsmi “Premyer-Partnyoru” olaraq fəaliyyət gostərməyə davam edir.

Firmamız 27 ildir öz fəaliyyətını davam etdirir. Əsas fəaliyyətimiz Azərbaycanda XEROX şirkətinin müxtəlif formatlı, ağ-qara və rəngli çap avadanlıqlarının, sürətçıxaran aparatlarının, mühəndis maşınlarının, skaner, printer və faks aparatlarının satışı və servis xidmətləri ilə bağlıdır.

Satdığımız hər bir avadanlığa Avropada ixtisaslaşmış mühəndislər tərəfindən yüksək səviyyəli təminatlı və təminat müddətindən sonra texniki xidmət göstərilir. Bununla bərabər satdığımız hər bir avadanlığı orijinal keyfiyyətli çoxişlənən mallar və ehtiyat hissələri ilə fasiləsiz təmin edirik. Şirkət fəaliyyətə başladığı gündən əsas deviz kimi “yüksək keyfiyyət”, “etibarlı xidmət” və “müştəri məmnuniyyəti”-ni götürmüş və bu günə qədər bu prinsiplərlə işləməkdə davam edir.

Sürətli inkişaf edən ölkəmizdə «XEROPC» MMC ofis və poliqrafiya sahəsində müasir XEROX avadanlıqlarının satışı və keyfiyyətli servis xidmətlərinə görə məxsusi yer tutmaqdadır.



Pərakəndə satış

Şirkət müştərilərinə Xerox avadanlıqlarının geniş çeşidini təqdim edir. XEROPC şirkəti dünyanın tanınmış markası olan Xerox-un ən kiçik ofis printerlərindən başlayaraq iri həcmli poliqrafiya avadanlıqlarına qədər bütün modellərinin satışını həyata keçirir. Şirkətimiz Bakıda fəaliyyət göstərən geniş və müasir satış mərkəzindən, avtorizasiya olunmuş servis mərkəzindən və baş ofisdən ibarətdir. Təcrübəli mütəxəssislərimiz müştərilərin düzgün seçimi və onların razı qalmaları üçün gərəkən hər cür yardımda bulunurlar.

XEROPC şirkəti satışdan sonrakı xidmətə böyük incəliklə yanaşır. Şirkət yüksək ixtisaslı mühəndislərinə arxalanaraq müştərinin istənilən probleminin qısa müddətdə və etibarlı şəkildə həllinə zəmanət verir. Servis mərkəzi təminat dövründə və təminat dövrü sonrakı müddətdə etibarlı xidmət göstərməyi əsas məqsəd kimi qarşısına qoyub.

Şirkətimiz müştərilərin təlabatlarını vaxtında və qüsursuz yerinə yetirmək məqsədi ilə bütün satılan avadanlıqların ehtiyyat hissələrin və katriclərinin təminatını fasiləsiz həyata keçirir.

arrow